Qadin.NET / Meyvəli salat (foto-resept)

Meyvəli salat (foto-resept)

 

Tərkibi:

0,5 litr südlü qaymaq 4%

2 ədəd banan

2 ədəd portağal

2 ədəd tüksüz şaftalı

1 ədəd kivi

1 kiçik salxım üzüm

4 xq şəkər tozu 

 

Hazırlanması: 

Meyvələr zovqə görə götürülə bilər.

Azyaşlı uşaqlar üçün meyvələr xırda doğranılmalıdır.

Meyvələrin qabığı təmizlənilir.  


 

Banan dörd bölünüb xırda doğranılır. 



Üzüm gilələri iri olarsa 3 yerə halqa-halqa, balaca olarsa, 2 yerə bölünür.

Şaftalı da dilimlənib xırda-xırda doğranılır.  


 

Kivi və portağal eyni ölçüdə doğranılır.

 


Doğranmış meyvələr dərin qaba tökülüb üzərinə şəkər tozu əlavə edilir.

 


Südlü qaymaq əlavə edilib yaxşı qarışdırılır. Zovqünüzə uygun servis edə bilərsiniz. 


 

Meyvəli salatımız hazırdır. 


 

Nuş olsun!

 

(tərcümə edilib) 

27 yanvar 2013
GO BACK