Qadin.NET / Meyvə salatı

Meyvə salatı

Yaz aylarının ən yüngül və ən gözəl desert yemeyi məncə meyvə salatıdır. Hazırlanma qaydasınıın praktik olması işləri daha da asanlaşdırır.

MEYVƏ SALATI


İçindəkilər:
- İstədiyiniz mövsüm meyvələrindən seçin. Görüntüsü gözəl bir meyvə salatı üçün təqribən 4 növ meyvə istifadə edin.
- Meyvələrin müxtəlif rənglərdə olması salatınızı daha iştahaçıcı edər. Məsələn:alma, armud və banan kimi hamısı eyni rəngdə olan meyvələri istifadə etsəniz tek bir reng olacaq. Görünüşü daha da canlı etmək üçün müxtəlif rəngli meyvələrdən istifadə edin. Məs: çiyələk və kivi biryerdə və yaxud qırmızı albalı və ərik və s.
Hazırlanması:
- Seçdiyiniz meyvələri yuyun, qabıqlı meyvədirsə qabığını soyun və kub şəklində doğrayın.
- Alma, heyva kimi qaralacaq meyvə çeşidlərini istifadə edəcəksinizsə o zaman limon suyunu hazırlayın və seçtiyiniz meyvələri limon suyunun olduğu bir qabda saxlayın.
- Bütün meyvələri bir birinə qarışdırın və üzərinə 1 ədəd limonun suyunu tökün. Folqa kağızı ilə üzərini örtün və süfrəyə verilmə vaxtına qədər saxlaya bilərsiniz. 3 saatdan cox saxlamadan istifadə edin.
Souslar:
Süfrəyə verilməmişdən əvvəl salatın üzərinə müxtəlif souslar tökə bilərsiniz:
- Limon sousu: sadəcə limon suyu
- Portağal sousu: sadəcə portağal suyu
- Ballı sous: limon suyu və 1 qaşıq bal
- Banan sousu, Çiyələk sousu, Kivi sousu və s.............. Meyvə salatınızda olan istənilıən meyvəni mətbəx robotundə püre halına gətirərək
- Krem Şantı
- Şokalad Sousu (əridilmiş şokoladla)
Sousu istərsəniz salatın yanında verə bilər, ya da servis edən zaman bütün salata qarışdıraraq təqdim edə bilərsiniz.
Təqdim etmə:
Meyvə salatını təqdim etmənin ən yaxshi yolu meyvə qablarıdır. İçərisini salata əlavə edin, qabığını da meyvə qabı kimi istifadə edin.
1 nəfərlik meyvə qabları: portağal, greyfrut
Qarpız, yemiş və ya ananas qabıqlarını da istifadə edə bilərsiniz. Salatı içinə doldurub bir də yanına qaşıq qoysanız qonaqlarınız istədiyi qədər ala bilər.
Nuş olsun .

14 iyul 2010
GO BACK