Qadin.NET / "Tezbazar" salatı (foto resept)

"Tezbazar" salatı (foto resept)

Əziz xanımlar, bu salat olduqca tez hazır olan və dadlı salatdı. Gözlənilməz qonağınız gəldikdə tez bir zamanda hazırlayıb süfrənizi zənginləşdirə və qonaqlarınızı məmnun qoya bilərsiniz. Salat demək olar, hər birimizin evində olan ərzaqlardan hazırlanır.


Lazımi ərzaqlar:

2 ədəd orta boy kartof

1 ədəd böyuk kök

2 ədəd yumurta

Kələm

"Bizim Süfrə" klassik mayonezi, xama

Azərduz yodlu narın xörək duzu


Hazırlanması:

Kartofu, kökü, yumurtanı soyutma bişiririk. 


"Tezbazar" salatı (foto resept)

 

Kələmi nazik-nazik doğrayırıq, üzərinə duz töküb ağzını bağlayırıq ki, bir az sulanıb dadlı olsun. 


"Tezbazar" salatı (foto resept)


"Tezbazar" salatı (foto resept)

 

"Tezbazar" salatı (foto resept)

 

Kartof, kök, yumurta bişdikdən sonra qabığını soyub, xırda-xırda doğrayırıq. 


"Tezbazar" salatı (foto resept)


"Tezbazar" salatı (foto resept)


"Tezbazar" salatı (foto resept)

 

Sonra kələmin üzərinə töküb, xama və mayonezlə qarışdırırıq.

Salatımız hazırdır.

 Nuş olsun! 

"Tezbazar" salatı (foto resept)
11 fevral 2012
GO BACK