Qadin.NET / Mimoza salatı (foto-resept)

Mimoza salatı (foto-resept)

 Tərkibi:
- Kartof - 4 ədəd,
- kök - 2 ədəd,

- yumurta - 4 ədəd,
- konservləşdirilmiş sardina və ya qızılbalıq yağda,
- mayonez.
Hazırlanması:


Yumurta, kartof, kök bişirilir, sürtgəcdən keçirilir və ayrı-ayrı boşqablara yığılır (yumurtanın ağı və sarısı ayrı boşqablara).
Konservləşdirilmiş balığın yağı süzülür, balıq xırda doğranılır.

Sonra enli düz buluda 1 lay kartof qoyulur, üstünə 1 lay balıq, yenə 1 lay kartof. Üstünə az miqdarda balığın süzülmüş yağı az miqdarda əlavə olunur.
Sonra üstünə 1 lay kök qoyulur, mayonez çəkilir, 1 lay yumurtanın ağı qoyulur, mayonez çəkilir, üstünə yumurtanın sarısı səpilir.
Nuş olsun!

30 dekabr 2020
GO BACK