Qadin.NET / "Nar bilərziyi" salatı (foto-resept)

"Nar bilərziyi" salatı (foto-resept)

 Tərkibi:
300 qr toyuq filesi
150 qr soğan

300 qr kartof
300 qr çuğundur


50 qr qoz
1 ədəd böyük nar
Qoz, duz, mayonez


Hazırlanması:
Ərzaqları ayrı-ayrı qabda qaynadın. Daha sonra soğanı və toyuq ətini xırda-xırda doğrayıb duz vurun və azca yağda qovurun.
Qozu doğrayıb çuğunduru və kartofu sürtgəcdən keçirin.


Salatı servis edəcəyiniz qabın ortasına stəkan qoyun və öncə kartof əlavə edin, daha sonra mayonez vurun. Toyuq əti döşəyib yenidən mayonez çəkin. Ən yuxarıdan qozlu çuğunduru əlavə edin, mayonez vurun. Stəkanı çıxarın və nar dənələri ilə salatı bəzəyin.
Nuş olsun!

19 dekabr 2020
GO BACK