Lazım olan ərzaqlar:
Kələm
2 ədəd təzə xiyar
1 ədəd yerkökü
1 xörək qaşığı "Bizim Süfrə" klassik mayonezi
1 xörək qaşığı xama
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Kələmi nazik uzun-uzun doğrayırıq.
Xiyarı da şəkildəki qaydada doğrayırıq.
Kök sürtgəcdən keçirilir.
Xama,mayonez və duz əlavə edib qarışdırırıq.
Asan, dadlı, yüngül və demək olar ki, dietik salatımız hazırdır.