Qadin.NET / Toyuq ətli blinçiklər (foto-resept)

Toyuq ətli blinçiklər (foto-resept)

 Tərkibi:
- 300 qr toyuq sinəsi
- 30 qr kərə yağı
- 2 x.q. yumru düyü

- 1 soğan
- duz, istiot
- 10-15 kiçik lavaş
- 1 yumurta


Hazırlanması:
Toyuq ətini bişirin, ətçəkən maşınından keçirin, yumşaq kərə yağı əlavə edin, qarışdırın.


Düyünü bişirin, süzün.
Soğanı xırda doğrayın, bitki yağında qızardın.
Toyuğu, düyünü, soğanı qarışdırın, duz, istiot əlavə edin.
Farşdan götürüb lavaşın üzərinə qoyun, lavaşı bükün, qırağı yumurta ilə "yapışdırın".
Tavada bitki yağını qızdırın, blinçikləri hər iki tərəfdən qızardın.
Nuş olsun!

25 noyabr 2020
GO BACK