Qadin.NET / "Riçard" salatı (foto-resept)

"Riçard" salatı (foto-resept)

 Tərkibi:
- 200 qr mal əti
- 150 qr konservləşdirilmiş qarğıdalı
- 50-70 qr qoz
- 3 yumurta

- 2 kartof
- 1 nar
- 1 kök
- mayonez, duz, istiot
Hazırlanması:
Kök, kartof, yumurta və əti bişirin.


Salatı lay-lay yığın:
- sürtgəcdən keçirilmiş kök
- xırda doğranmış qoz
- qarğıdalı (üzərinə səpmək üçün bir az saxlayın)


- sürtgəcdən keçirilmiş yumurta
- xırda doğranmış ət
- sürtgəcədn keçirilmiş kartof
Laylar arasında mayonez çəkin, duz, istiot vurun.
Salatın üzərinə mayonez çəkin, nar dənələri, qarğıdalı və doğranmış göy soğanı səpin.
Nuş olsun!

21 noyabr 2020
GO BACK