Qadin.NET / Sobada sosis (foto-resept)

Sobada sosis (foto-resept)

 Tərkibi:
- 500 qr un
- 250 qr süd
- 12 qr quru maya
- 2 ədəd yumurta (1 ədəd xəmir üçün, 1 ədəd üstünə çəkmək üçün)
- 2 x.q. şəkər tozu
- 6 x.q bitki yağı
- 1 çimdik duz
- 10 ədəd sosis

Hazırlanması:
İlıq südə yumurta əlavə edin, çəngəllə qarışdırın.
Maya, şəkər tozu, duz, yağ əlavə edin, həmcins kütlə alınana qədər yaxşı qarışdırın.
Hissə-hissə ələnmiş un əlavə edin. Xəmir yumşaq və elastik alınmalıdır.
Xəmiri 1 saat isti yerdə saxlayın.
Sosisləri 1-2 dəqiqə qaynadın.


Xəmiri 10 hissəyə bölün və sosisləri xəmirə bükün. (Burada variantlar göstərilib.)
Tavaya perqament kağızı sərin, bir az kərə yağı çəkin, sosisləri düzün, üzərinə çalınmış yumurta sarısını çəkin.
Sobanı qabaqcadan 180 C qədər qızdırın və 20-25 dəqiqə bişirin.

Nuş olsun!

12 noyabr 2020
GO BACK