Qadin.NET / "Ananas" salatı (foto-resept)

"Ananas" salatı (foto-resept)

Tərkibi:

3 kartof
400 q toyuq əti
150 q qoz
100 q bərk pendir
3 yumurta
4 marinə edilmiş xiyar
1 baş soğan
göy soğan - istəyə görə
mayonez - istəyə görə
qara istiot - istəyə görə
duz - istəyə görə

Hazırlanması:

Kartofu yuyun, suda bişirin, soyudun, qabığını təmizləyib sürtgəcin xırda gözündən keçirin. Yumurtaları qaynadıb soyudun, qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin.
Toyuq ətini yuyub qaynadın, soyudub doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin. Marinə edilmiş xiyarları yuyub xırda kubik doğrayın.
Soğanı təmizləyib yuyun, xırda doğrayın.
Ərzaqları lay-lay oval formalı buluda düzün. Hər layı istəyə görə duzlayıb-istiotlayın, mayonez çəkin:

1-ci lay: bişmiş kartof
2-ci lay: soğan
3-cü lay: toyuq əti
4-cü lay: marinə edilmiş xiyar


5-ci lay: toyuq əti
6-cı lay: pendir
7-ci lay: yumurta
Qoz ləpələrini yarı bölün, salatın üstünə bolluca mayonez çəkin, qozla bəzəyin. Bir neçə göy soğanı salatın yuxarı hissəsinə yerləşdirin (ananasın yarpaqları kimi).

Nuş olsun!

8 noyabr 2020
GO BACK