Qadin.NET / Ağ zəncirotu salatı (foto-resept)

Ağ zəncirotu salatı (foto-resept)

Tərkibi:

10-12 yarpaq zəncirotu

1 ədəd kələm yarpağı

1 ədəd kiçik boy kök

1 ədəd şirin qırmızı bibər

1 ədəd kiçik boy xiyar

1 diş sarımsaq

1 st qatıq

duz

Hazırlanması:
Zəncirotu yarpaqlarından ayrıb yuyub, süzülməyə qoyun.

Kökü və şirin qırmızı bibəri sürtgəcdən keçirin. Kələm yarpağını, sarımsağıvə xiyarı yuyaraq xırda-xırda doğrayın.

Kasanın içində qatıq, duz və hazırladığınız digər ərzaqları qarışdırın.
Süzülən zəncirotuların içinə hazırladığınız qatıqlı salatı bölüşdürün və servis qabına qoyun.

İstəyə görə üstünə zeytun yağı gəzdirərək servis edin.

20 sentyabr 2020
GO BACK