Qadin.NET / Qozlu buğda salatı (foto-resept)

Qozlu buğda salatı (foto-resept)

Tərkibi:

1 st buğda

 200 qram pendir

2 ədəd közlənmiş bibər

yarım st doğranmış qoz

yarım dəstə reyhan

zeytun yağı

pendirin duzuna görə lazımdırsa duz

Hazırlanması:

Bir gecə əvvəldən suya qoyun. Səhər suyu süzün və üstünə 3-4 barmaq keçəcək qədər su əlavə edin, yumşalana qədər qaynadın.

Buğda qaynayərkən qozları iri-iri doğrayın. Pendiri kiçik kublar halında doğrayın.

Bibərləri və reyhanları doğrayıb dərin kasaya əlavə edin.
Qaynamış buğdaları süzün və ilıqlaşması üçün biraz gözləyin.

Buğdaları qarışdırma qabına əlavə edin. Zeytun yağı əlavə edərək qarışdırın və servis edin.

7 sentyabr 2020
GO BACK