Tərkibi:
1 ədəd böyük boy və ya iki orta boy qırmızı çuğundur
1 dəstə cəfəri
3-4 ədəd qoz
1 iri diş sarımsaq
2-3 y/q zeytun yağı
1 ç/q dənəli xardal
2-3 y/q alma sirkəsi
1 ç/q bal
duz
Hazırlanması:
Çuğunduru yuyun və üstlərinə 3-4 barmaq keçəcək qədər su içində yumşalana qədər qaynadın.
Qaynatdığınız çuğunduru süzün və soyun.
İncə dilimləyin və salatı kasaya qoyun.
Doğradığınız cəfərini kasasına əlavə edin.
Zeytun yağı, sarımsaq, bal, xardal və alma sirkəsi, duz da əlavə edərək qarışdırın.
Salata sousunu əlavə edərək qarışdırın, qozları əlavə edərək servis edin