Tərkibi:
100 qram kəsmik
1 dəstə cəfəri
1 dəstə şüyüd
duz
zeytun yağı
1 ç/q çörəkotu
1 şaxə təzə soğan
istəyə görə istiot
Hazırlanması:
Cəfəri, şüyüd və təzə soğanı yuyub nəmini dəsmalla alın və xırda-xırda doğrayın.
Kəsmiyi bir kasaya qoyun və üstünə doğradığınız ərzaqları əlavə edin.
Zeytun yağı, duz və çörəkotu əlavə edərək qarışdırın və servis edin.