"Şaxta baba" salatı üçün lazım olan ərzaqlar:
4 yumurta
200 qr. qaynadılmış düyü
1 ədəd kiçik baş soğan
5-6 ədəd krab çubuğu
Konservləşdirilmiş qarğıdalı
Şüyüd
Azərduz yodlu narın xörək duzu, istiot
Qırmızı bibər, zeytun (bəzək üçün)
Hazırlanması:
İlk öncə əvvəlcədən qaynatdığımız düyünü səliqə ilə adam formasında boşqaba düzürük.
Üzərinə mayonez vurub xırda-xırda doğradığımız soğanı əlavə edirik.
Sonra şüyüdü xırda-xırda doğrayıb soğanın üzərinə əlavə edirik.
Yumurtanın ikisinin ağını ayırıb qalanlarını sürtgəcin kiçik gözündən keçirib növbəti qata əlavə edərək mayonezləyirik.
Konservləşdirilmiş qarğıdalı düzürük.
Krab çubuqlarının qırmızısını ağından ayırırıq,ağ hissəsindən üz üçün bir az saxlayırıq.
Qalan krabları xırda şəkildə doğrayaraq növbəti qata düzüb mayonezləyirik.
Saxladığımız ərzaqlar vasitəsilə Şaxta babamızı bəzəyirik.Mən göz üçün zeytundan (istəsəniz qara yumru istiotdan istifadə edə bilərsiniz),papaq,əlcək,yanaq və dodaq üçün isə qırmızı bibərdən istifadə etdim. Buyurun, "Şaxta baba" salatımız hazırdır.
Nuş olsun!