Qadin.NET / 3 rəngli brokoli salatı (foto-resept)

3 rəngli brokoli salatı (foto-resept)

Tərkibi:

2 st qatıq

2 diş sarımsaq

2 ç/q mayonez

1 ç/q duz

1 st tel verməşil

2 st su

4 y/q zeytun yağı

3 ədəd kök

1 ədəd orta boy brokoli

1 ç/q duz

2 y/q konserv qarğıdalı
1/2 dəstə cəfəri

Hazırlanması:
Qatıq, sarımsaq, mayonez və duzu qaba əlavə edib qarışdırın.

Verməşili qazana qoyub üstünə su əlavə edin və qaynadın.

Kökləri sürtgəcdən keçirin. Tavaya zeytun yağı töküb kökləri qovurun. Brokolini qaynadın. Brokoli qaba alıb üstünə duz qoyub əzin. Əzdiyiniz brokolinin üstünə qatıq qoyub qarışdırın. Qovurub soyutduğunuz kökün üstünə də qatıq qoyub qarışdırın.

Qaynatdığınız verməşilləri süzün və qaba alın. Üstünə konserv qarğıdalı, qatıq və doğranmış cəfəri əlavə edib qarışdırın.

Servis etdiyiniz qaba streçlə örtün. Üstünə hazırladığınız brokoli, kök və verməşili sıra ilə əlavə edin. Üstünü örtüb 1 saat soyuducuda saxlayın. Üstünə şüyüd və pomidor qoyub dilimləyərək servis edin.

19 avqust 2020
GO BACK