Tərkibi:
1 st qaynadılmış yaşıl mərci
2 ədəd kök
1 ədəd konserv qırmızı bibər
8-10 sap təzə soğan
yarım dəstə cəfəri
yarım dəstə nanə
yarım limon suyu
sirkə
zeytun yağı
duz
Hazırlanması:
Hazırladığınız və süzdüyünüz mərciləri qarışdırma qabına qoyun.
Kökləri soyub sürtgəcdən keçirin, qırmızı bibəri kiçik-kiçik doğrayın. Nanə, təzə soğan və cəfərini yuyub doğrayın.
Limon suyu, sirkə və zeytun yağıma biraz duz əlavə edərək kiçik kasada qarışdırın.
Doğradığınız salat ərzaqlarınızı mərcilərin üstünə əlavə edərək qarışdırın. Servis etmədən əvvəl hazırladığınız sousu tökün.