Tərkibi
4 ədəd orta boy kartof
2 ədəd orta boy kök
3-4 şaxə təzə soğan
1 ədəd orta boy qırmızı soğan
1 çimdik kəkik
1 çimdik təzə nanə
Kartofları və kökləri qaynatmaq üçün su
Sous üçün:
1 ədəd limonun suyu
1 çay stəkanı zeytun yağı
duz
istiot
istəyə görə narşərab və ya sirkə
Hazırlanması:
Kartofları və kökləri yuyun. Qabıqlarını soyun və biraz duz əlavə edib suda qaynadın (15 dəqiqə qədər)
Kartoflar və köklər qaynayarkən soğanları və təzə ədviyyatları xırda-xırda doğrayın.
Kartofları kub-kub doğrayın, kökləri sürtgəcin incə tərəfi ilə sürtgəcdən keçirin və digər ərzaqları əlavə edərək 2 qaşıq köməyi ilə əzmədən qarışdırın.
Sous ərzaqlarını kiçik kasada çırpın. Salatın üstünə əlavə edərək qarışdırın.
Ən az 1 saat soyuducuda saxladıqdan sonra servis edin.