Tərkibi:
200 qram cherry pomidoru
2 ədəd orta boy xiyar
3-4 yarpaq kahı
1 ədəd orta boy qırmızı soğan
1 su st qara zeytun
250 qram keçi pendiri
sous üçün:
2 y/q sirkə
2 y/q zeytun
yarım limon suyu
1 ç/q duz
istiot
Hazırlanması:
Pomidoru, xiyarı və kahını bol suda yuyun. Qırmızı soğanı soyun və doğrayın. Soğanları salat qabına töküb, üstünə doğranmış pomidorları, xiyarları və kahını əlavə edin. Bütün bu ərzaqları yaxşıca qarışdırın. 250 qram keçi pendirini kub-kub doğrayın, əzilməməsi üçün pendirləri salatı servis etmədən əvvəl əlavə edin.
Salatın sousu üçün kasanın içinə sirkə, zeytun yağı, limon suyu, 1 çay qaşığı duz və istənilən qədər istiot əlavə edib qarışdırın.