Qadin.NET / Tabule salatı (foto-resept)

Tabule salatı (foto-resept)

Tərkibi:

400 qram bulqur

3 y/q zeytun yağı

3 ədəd limonun suyu

1 ç/q sumaq

1 ç/q duz

1 şaxə cəfəri

1 şaxə nanə 

10 şaxə yaşıl soğan

2 st doğranmış cherry pomidoru

100 qram fıstıq

1 ədəd nar

Hazırlanması:

Küftəlik bulqurun üstünə su əlavə edin və şişməsi üçün gözləyin. Kasanın içinə 3 yemək qaşığı zeytun yağı, 3 ədəd limon suyunu, 1 ay qaşığı sumağı və 1 çay qaşığı duzu əlavə edin. Yaxşıca qarışdırın və hazırladığınız sousu qırağa qoyun. Cəfərini, nanəni yuyub doğrayın və doğranmış göyərtiləri salat qabına əlavə edin. Üstünə soğan, pomidor, fıstıq, dənələnmiş nar və yumşalmış bulquru əlavə edərək qarışdırın. Sonda salata sousu əlavə edin.

24 iyun 2020
GO BACK