Tərkibi:
200 qram çəyirdəksiz yaşıl zeytun
biraz şüyüd
biraz cəfəri
1 y/q narşərab
3 y/q zeytun yağı
1 diş sarımsaq
Hazırlanması:
Çəyirdəkləri çıxarılmış zeytunları xırda-xırda doğrayın
Cəfəri və şüyüdü xırda-xırda doğrayın.
Qaba cəfəri, şüyüd və zeytun əlavə edin. 1 diş sarımsağı sürtgəcdən keçirin.
Narşərab və zeytun yağını əlavə edib qarışdırın. Sarımsağın dadını artırmaq üçün miqdarını artırın və ya yarım saat soyuducuda saxlayın.