Qadin.NET / Lobya salatı (foto-resept)

Lobya salatı (foto-resept)


Tərkibi:
2 su st qaynadılmış lobya
1 ədəd orta boy pomidor
2 ədəd xiyar turşusu
1 sap təzə soğan
1 qədər şüyüd, cəfəri, təzə nanə
1 ədəd bibər
3-4 y/q dilimlənmiş qara zeytun
1 diş sarımsaq
zeytun yağı
alma sirkəsi
duz

Hazırlanması:
Pomidoru, turşuları və bibəri kub doğrayın. 
Təzə soğanı və göyərtiləri xırda-xırda doğrayın.
Lobyaları dərin kasaya qoyun. Doğradığınız ərzaqları əlavə edin. Zeytunu, əzdiyiniz sarımsağı da əlavə edin.
Sonda zeytun yağı, alma sirkəsi və duzu əlavə edərək qarışdırın, servis edin.

2 iyun 2020
GO BACK