Tərkibi:
2 ədəd toyuğun döş əti
2 y/q zeytun yağı
istiot
duz
Salatın sousu üçün:
1 ədəd kahı
1 y/q mayonez
2 diş sarımsaq
yarım su st zeytun yağı
1 ç/q xardal
yarım limon
parmesan pendiri
istiot
duz
servis üçün:
6 dilim çörək
parmesan pendiri
Hazırlanması:
Tavaya 2 yemək qaşığı zeytun yağını və kub-kub doğranmış toyuğun döş ətini əlavə edib qovurun.
Ayrı tavaya kub-kub doğrayıb kəsdiyiniz çörəklərin üstünə 2 qaşıq zeytun yağ əlavə edərək 10 dəqiqə qızardın.
Kahını yuyub doğrayın.
Salat sousu üçün mayonez, sarımsaq, istiot, duz, zeytun yağı və parmesan pendiri əlavə edib kahı ilə qarışdırın.
Üstünə bişən toyuğun döş ətini və çörəkləri əlavə edin. Axırda üstünə parmesan pendirini sürtgəcdən keçirin.