Tərkibi:
2 ədəd çuğundur
1-2 sap təzə soğan
mayonez, vəzəri
2 y/q təmizlənmiş qoz
2 y/q təmizlənmiş fındıq
2-3 y/q zeytun yağı
narşərab
duz
Hazırlanması:
Qırmızı çuğundurları yuyun və üstlərini 3-4 barmaq keçəcək qədər suyun içində yumşalana qədər qaynadın.
Qaynatdığınız çuğundurları süzün, biraz soyumasını gözləyin və soyun.
Dilimləyin və salat kasasına əlavə edin.
Yuyub doğradığınız göyərtiləri kasaya əlavə edin.
Zeytun yağı və narşərabı qarışdırın, tuz əlavə edərək çırpın.
Salat sousu ilə qoz və fındıq qırıntılarını əlavə edin.