Qadin.NET / Kartoflu rus salatı (foto-resept)

Kartoflu rus salatı (foto-resept)


Tərkibi:

Kartof altlığı üçün:
5 ədəd orta boy kartof
1 y/q qatıq
duz
istiot
qaynatmaq üçün su

salat üçün:
1 su st mayonez
1 su st qarışıq qarnitür (kök, lobya, kartof)
1 ədəd xiyar turşusu
servis üçün incə doğranmış soğan

Hazırlanması:
Kartofları bol suda qaynadın. Bişən kartofları qazın üstündən götürün və qabıqlarını soyun.
Kartoflar soyuduqdan duz və 1 yemək qaşığı qatıq əlavə edərək əzin. Püre halına gələn kartoflardan qoz böyüklüyündə parçalar götürün.
Parçaları xəfif islatdığınız əlinizdə yumrulayın və ortalarına çuxur açaraq barmaqlarınızla genişlədin. Hazırladığınız kartofları doğradığınız soğanlara batırın və servis qabına qoyun.
Dərin kasada mayonez, süzdüyünüz qarnitür və doğradığınız xiyar turşusunu qarışdırın.
Hazırladığınız kartofların içinə çay qaşığı rus salatından paylaşdırın və servis edin.

21 may 2020
GO BACK