Tərkibi:
300 qram təzə iç paxla
5-6 sap təzə soğan
2 ədəd orta boy pomidor
1 diş sarımsaq
6-7 y/q zeytun yağı
yarım limonun suyu
4-5 y/q doğranmış şüyüd
duz
Hazırlanması
Paxlaları təmizləyib yuyun. Üstünə 2-3 barmaq keçəcək qədər su əlavə edərək orta dərəcədə yumşalana qədər (10-12 dəqiqə) qaynadın. Qaynadılmış paxlaları soyuq suya atıb 4-5 dəqiqə soyumasını gözləyin.
Paxlaları soyarkən soğanı və pomidoru kiçik-kiçik doğrayın. 1 diş sarımsağı sürtgəcdən keçirin. Şüyüdü kasaya əlavə edin.
Qabıqlarını soyduğunuz paxlaları qarışdırma qabına əlavə edin. Sonra zeytun yağı, duz və limon suyunu tökün və qarışdırın.