Qadin.NET / Qatıqlı buğda salatı (foto-resept)

Qatıqlı buğda salatı (foto-resept)

 

Tərkibi:

1 su st buğda

2-2,5 su st qatıq

2 diş sarımsaq

yarım dəstə şüyüd

duz

zeytun yağı

istəyə görə 1 su st qarışıq qarnitür (kök, kartof, lobya)

istəyə görə biraz doğranmış xiyar turşusu

Qatıqlı buğda salatı (foto-resept)

Hazırlanması:

Buğdaları ən az 5-6 saat və ya gecədən isti su ilə isladın.

Əvvəlcədən isladılmış buğdaların üstünə su əlavə edərək yumşalana qədər qaynadın.

Qaynadılmış buğdaları süzün və soyumağa qoyun.

Yuduğunuz şüyüdləri xırda-xırda doğrayın. Sarımsaqları əzin.

Duz, qatıq, buğda, şüyüd, zeytun yağı, sarımsaqları və istəyə görə 1 su stəkanı qarnitürü kasanın içində qarışdırıb soyuducuda 1 saat qədər saxlayın.

Servis etmədən əvvəl üstün zeytun yağı gəzdirin.

Qatıqlı buğda salatı (foto-resept)

21 aprel 2020
GO BACK