Qadin.NET / Tərəvəz tortu (foto resept)

Tərəvəz tortu (foto resept)

Salatın tərkibi
"Bizim Tarla" xiyar turşusu
Kartof
Yumurta
Kök
Çuğundur
Soğan
Göy noxud
"Bizim Süfrə" limonlu mayonezi
Azərduz yodlu narın xörək duzu, istiot

Hazırlanması :
Çuğundur, kök, kartof, yumurta soyutma bişirilir.
Salatın səliqəli alınmması üçün dairəvi formanı boşqabın içərisinə yerləşdiririk.
Əvvəlcə, bir qat mayonez çəkirik, sonra doğranmış duzlu xiyarları düzürük. 

 
Kartofu sürtgəcin iri gözündən keçirib xiyarların üzərinə yayırıq. 

 
Narın doğranmış soğanları da əlavə edirik. (Soğan sevməyənlər soğansız hazırlaya bilərlər) 

Tərəvəz tortu (foto resept) 

Bir qat daha mayonez çəkib duz-istiot səpirik. 

Tərəvəz tortu (foto resept) 

Suyu tam süzülmüş göy noxudları töküb səliqə ilə yayırıq. 

Tərəvəz tortu (foto resept) 

Çuğundur və kökü sürtgəcin iri gözündən keçirib əlavə edirik. 

Tərəvəz tortu (foto resept)

 
  
Yumurtaları xırda-xırda doğrayıb əlavə edirik. 

Tərəvəz tortu (foto resept) 

Son olaraq yenə bir qat mayonez çəkirik.  

Ərzaq qatları üzərinə zövqə görə duz -stiot səpməyi unutmayın. 


  

Beləliklə, salatımız hazırdır. 

Üzərini də istədiyiniz kimi bəzəyə bilərsiniz. 

Tərəvəz tortu (foto resept) 

Nuş olsun!
6 dekabr 2011
GO BACK