Tərkibi:
2 su st qaynadılmış noxud
1 çay st qaynadılmış qarğıdalı
3 ədəd xiyar turşusu
2 ədəd közlənmiş bibər
yarım dəstə cəfəri
2-3 sap təzə soğan
duz
narşərab
zeytun yağı
Hazırlanması
Qaynadılmış noxudları süzüb dərin kasaya qoyun.
Xırda doğradığınız xiyar turşusunu və közlənmiş bibəri kasaya əlavə edin.
Cəfərini, təzə soğanı xırda-xırda doğrayın. Qarğıdalı ilə birlikdə kasaya əlavə edin.
Duz, narşərab və zeytun yağını kasada çırpın və salata əlavə edərək qarışdırın.
1-2 saat soyuducuda saxladığınız salatı servis edin.