Qadin.NET / Yaşıl pomidor salatı (foto-resept)

Yaşıl pomidor salatı (foto-resept)

 

Tərkibi:

500 qram yaşıl pomidor

2 diş sarımsaq

1 ədəd orta boy quru soğan

zeytun yağı

duz

5-6 ədəd qoz

1 ədəd dəfnə yarpağı

 

servis üçün:

istəyə görə təzə lor pendir

 

Hazırlanması:

Pomidorları yuyun və eninə 2 hissəyə bölün. Soğanı soyun və boyuna 4-6 hissəyə bölün. 

Sarımsağı bıçaqla əzərən çatladın və bütün ərzaqı soba qabına qoyun.

Ərzaqların üstünə zeytun yağı gəzdirin və duz səpərək sobaya qoyun.

Pomidorlar qızarana qədər bişirin.

Yaşıl pomidor salatı (foto-resept)

Bişən ərzaqları bıçaqla dilimləyin və qarışdırın.

Pendirdən toplar hazırlayıb susama batırın və salatla servis edin.

Yaşıl pomidor salatı (foto-resept)

24 mart 2020
GO BACK