Qadin.NET / Kartof salatı (foto-resept)

Kartof salatı (foto-resept)

 

Tərkibi:

4 ədəd kartof

1 ədəd soğan

Sumaq

Limon

Duz

Quru nanə

1 dəstə cəfəri

Zeytun yağı

 

Hazırlanması:

Kartofu qaynadın, sonra isə soyuması üçün kənara qoyun.

 

Kartof salatı (foto-resept)

 

 

Qabıqlarını soyub kvadrat formada doğrayın. Xırda doğradığınız və su ilə yuyub ovduğunuz soğanı, xırda doğradığınız cəfərini, quru nanəni, sumağı, duzu, limonu və zeytun yağını üzərinə əlavə edib qarışdırın.

 

Kartof salatı (foto-resept)

 

 

Nuş olsun!

 

 

28 fevral 2020
GO BACK