Tərkibi:
4 ədəd boyat çörək
5-6 dilim sosiska
3-4 nazik dilim kolbasa
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
2-3 ədəd zeytun
2-3 kibrit qutusu boyda kaşar pendir
1 kibrit qutusu boyda mozarella (ya da ağ pendir)
Çörəyin üzərinə çəkmək üçün:
4-5 yemək qaşığı zeytun yağı
2 yemək qaşığı bibər tomatı
İstəyə görə 1 diş sarımsaq
Hazırlanması:
Çörəkləri 2-3 sm qalınlığında dilimləyin. Tomat, zeytun yağı və əzdiyiniz sarımsağı qarışdırıb, çörəyin üzərinə çəkin. Dilimləri soba listinə düzün.
Kaşar pendirini sürtgəcdən keçirin, mozarellanı kvadrat formada doğrayın. Bibəri, tumlarını çıxartdığınız pomidor və zeytunları, sosiska və kolbasanı xırda doğrayın.
Sous çəkdiyiniz çörəklərin üzərinə ilk əvvəl kaşar pendirini, sonrada digər tərkibi səpin.
Sobanın ən yüksək dərəcəsini qoyun və pizzanı sobaya yerləşdirin.
Pendirlər əriyib qızarana kimi bişirin.