Tərkibi:
3 ədəd toyuq budu
1 kiçik gül kələminin yarısı
1 banka qarnitür (kök, yaşıl noxud, kartof qarışıq)
4 y/q qatıq (təpələmə dolu)
3 y/q mayonez
2 diş sarımsaq
duz
istiot
istəyə görə şüyüd
Hazırlanması:
Toyuq budlarını 2 litr suda yaxşıca yumşalana qədər qaynadın.
Gül kələmini qazanda 5-6 dəqiqə qaynadın, süzüb soyuq su dolu qaba qoyun.
Qarnitürü bol sudan keçirin.
Soyuyan toyuqları didin. Gül kələmini kiçik-kiçik parçalara ayırın.
Qarışdırma qabına qatıq, mayonez, əzilmiş sarımsaq, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Toyuqları, gül kələməni, yuyub süzdüyünüz qarnitürü, duz və istiotu qatıqlı mayonezin içinə əlavə edib qarışdırın.
1-2 saat soyuducuda saxlayıb servis edin.