Tərkibi:
10 ədə təzə kartof
yarım su st pendir
1 diş sarımsaq
3-4 sap təzə soğan
1 dəstə şüyüd
duz
istiot
duru yağ
Hazırlanması:
Kartofların qabıqlarını soymadan bol suda təmiz süngərlə ovalayaraq yuyun. Yuduğunuz kartofları böyüklüyünə görə 6-8 hissəyə bölün.
Qızartma qazanıda kartofları istədiyiniz formada qızardın.
Kartoflar qızararkən təzə soğanı və şüyüdü xırda-xırda doğrayın.
Pendiri dərin kasaya qoyun, doğradığınız ərzaqları duz, istiot, qırmızı istiotu əlavə edin.
Qızaran kartofları da əlavə edərək qarışdırın, ilıq və ya soyuq servis edin.