Qadin.NET / Kartof salatı

Kartof salatı

Kartof salatı
Tərkibi:
- 4 ədəd kartof
- Yarım çay stəkanı süd
- 1 şorba qaşığı zeytunyağı
- 1 limon suyu
- 1 ədəd qaynadılmış kök
- 1 kasa cəfəri
- 1 kasa şüyüd
- 2 sap təzə soğan
- Azərduz yodlu narın xörək duzu, qara bibər.
Hazırlanması:

Kartofları yaxşıca yuyub qaynadın. Püre edəcəyiniz üçün, yaxşıca əzin. İçinə südü, limon suyunu, zeytunyağını və istəyə bağlı miqdarda duz, qara bibəri əlavə edin. Bütün bu vəsaitləri xırmanlayaraq, qatı konsistensiyalı bir kartof püresi əldə edin. Yüngülcə yağladığınız bir keks qəlibinə, pürenin bir qisimini yayın. Üzərinə incə- incə doğradığınız təzə soğan, cəfəri və şüyüdü səpin. Qalan püre ilə salatın üzərini hamarlayın. Naylonla və ya bir qazan qapağı ilə örtdüyünüz keks qəlibini bir gecə soyuducuda dinləndirin. İkram edəcəyiniz zaman, bir servis qabına tərs çevirin və qaynadılmış kök və yaşıllıqlarla bəzəyin.

Yuxarıdakı salatı 8 nəfərlik olaraq düşünsək;

1 boşqab kartof salatına aid kalori dəyəri: 108 kkal təşkil edir.

Nuş olsun! smile

1 iyun 2010
GO BACK