Tərkibi:
2 su st makaron
2-3 ədəd xiyar turşusu
1 su st qatıq
1 su st qarışıq qarnitür
1-2 y/q doğranmış cəfəri
1 ədəd közlənmiş qırmızı bibər
2 diş sarımsaq
2 y/q mayonez
duz
3-4 y/q qarğıdalı
makaronu qaynatmaq üçün su
Hazırlanması:
Makaronu 8-10 dəqiqə qaynadın.
Qaynadılmış makaronu süzün və qarışdırma qabına qoyun.
Qatığı, turşuları, köz bibəri, qarışıq qarnitürü, qarğıdalı dənələrini əlavə edin.
Sarımsağı, doğranmış cəfəri, mayonezi və duzu əlavə edərək qarışdırın.
1-2 saat gözlədib, servis edin.