Qadin.NET / Qatıqlı verməşil salatı (foto-resept)

Qatıqlı verməşil salatı (foto-resept)

 

Tərkibi:

1,5 su st verməşil

2 y/q kərə yağı

2 su st isti su

2-3 y/q doğranmış şüyüd

1-2 y/q doğranmış cəfəri

2 ədəd bibər

3-4 təzə yaşıl soğan

3-4 ədəd xiyar turşusu

zeytun yağı

duz

4-5 y/q qatıq

1-2 diş sarımsaq

 

Qatıqlı verməşil salatı (foto-resept)

 

Hazırlanması:

Kərə yağını qazana atın və əridin, verməşilləri əlavə edərək rəngi dəyişənə qədər qovurun.

Qovrulan verməşilərə duzu və isti suyunu əlavə edərək qarışdırın, qazanın qapağını bağlayaraq suyunu çəkənə qədər aşağı dərəcədə bişirin.

Bişən verməşillərin altını söndürün və dəmlənib soyuması üçün gözlədin.

Verməşillər soyuyub dəmlənərkən bibərləri, turşuları, yuyub qurutduğunuz göyərtiləri doğrayın.

Soyuyan verməşillərə əzilmiş sarımsaq, qatıq, duz və doğradığınız ərzaqları əlavə edərək qarışdırın.

1-2 saat soyuducuda saxladıqdan sonra servis edin.

 

Qatıqlı verməşil salatı (foto-resept)

 

14 yanvar 2020
GO BACK