Tərkibi:
2 su st şor
1 ədəd orta boy pomidor
1 ədəd orta boy soğan
2-3 şaxə cəfəri
qırmızı istiot
duz
qara istiot
yaşıl zeytun (istəyə görə)
Hazırlanması:
Soğanı doğrayın. Cəfərinin saplarını ayırın və yarpaqlarını xırda-xırda doğrayın.
Pomidoru kub-kub doğrayın.
Şoru istiot və cəfəri ilə qarışdırın. Duzunu və soğanı əlavə edib yenidən qarışdırın.
Hazırladığınız qarışımı servis qabına qoyun. Üstünə pomidor və yaşıl zeytun əlavə edin.
Zeytun yağı ilə servis edin.