Qadin.NET / Yeni il ağacı salatı (foto-resept)

Yeni il ağacı salatı (foto-resept)

 

Tərkibi:

 

4 ədəd çuğundur

1 ədəd qırmızı soğan

4 ədəd yerkökü

2 ədəd yumurta

100 qr bişmiş dana əti

1 qaşıq sirkə

1 banka konservləşdirilmiş qarğıdalı

1 banka mayonez

Duz istiot

Dekor üçün Goyərti,qirmizi, sarı bibər, apelsin qabığı (istədiyiniz ərzaqları istifadə edə bilərsiniz).

 

 Hazırlanması:

İlk əvvəl çuğundur, yekökü və yumurtanı bişirib, təmizləyirik. Əti də qaynadıb sonra xırda hissələrə ayırırıq. Soğanı yarımhalqa formada doğrayıb, üzərinə sirkə töküb, qoxusunu öldürürük.

Ərzaqları növbə ilə sürtgəcdən keçirib, üzərinə duz, istiot və mayonez səpirik. Ən sonda əti və soğanı da əlavə edib mayonezlə salatın hər tərəfini örtürük. Üzərinə xırda doğranmış göyərtini səpirik. Sürtgəcin xırda gözündən yumurtanın ağını keçirib qar effekti yarada bilərsiniz. Bibərlərdən və apelsin qabığından bıçaqla kiçik dairəcikər kəsib, şam ağacı bəzəklərini təmin edə bilərsiniz. Rəqəm və hərfləri yazmaq üçün isə konservləşdirilmiş qarğıdalı gözəl üsuldur. 

Yeni il ağacı salatı (foto-resept)

 

27 dekabr 2019
GO BACK