Qadin.NET / "TOVUZ QUŞU" MƏZƏSİ

"TOVUZ QUŞU" MƏZƏSİ

"TOVUZ QUŞU" MƏZƏSİ

 

Tərkibi:
Badımcan
Pendir
Sarımsaq
"Bizim Süfrə" klassik mayonezi
Un, bitki yağı
Azərduz yodlu narın xörək duzu
Bəzək üçün:
Xiyar
Pomidor
Zeytun


Qeyd: Tərkibdə göstərilən ərzaqların miqdarı zövqə görə götürülür.

Badımcan halqa-halqa doğranır,duzlanır və acı suyunun çıxması üçün 20-30 dəqiqə gözlədilir.
Acı suyu çıxmış badımcan halqaları süzgəcdə soyuq su altında yuyulur və mətbəx dəsmalı ilə suyu alınır.
Hər bir badımcan halqası una batırılaraq bitki yağında hər iki tərəfdən qızardılır,yağının süzülməsi üçün kağız salfetka üzərinə qoyulur.
Sərt pendir kiçik gözlü rəndədən keçirilir,əzilmiş sarımsaq və mayonezlə qarışdırılır.
Pendirli qarışıq isti badımcan halqalarının üzərinə çəkilir.
Bişmiş badımcan halqaları hazır olduqdan sonra "TOVUZ QUŞU"nun quyruğu şəklini düzəltməyə başlayırıq.
Bəzək üçün pomidor,xiyar və qara zeytunlardan da istifadə olunur.Zeytunlar ikiyə bölünmüş halda qoyulur.


"TOVUZ QUŞU" MƏZƏSİ

 

"TOVUZ QUŞU" MƏZƏSİ

 

"TOVUZ QUŞU" MƏZƏSİ

 

"TOVUZ QUŞU" MƏZƏSİ

 

"TOVUZ QUŞU" MƏZƏSİ



P.S. İnanıram ki, bu məzə ilə də qonaqlarınızı və yaxınlarınızı sevindirə biləcəksiniz.

Nuş olsun! smile

26 may 2010
GO BACK