Tərkibi:
300 q duzlu balıq filesi
4 ədəd kartof
4 ədəd yerkökü
4 ədəd kiçik çuğundur
4 ədəd yumurta
2 ədəd yaşıl alma
300 q mayonez
Duz
Hazırlanması:
Kök, kartof və çuğunduru təmiz yuyuruq, amma təmizləmirik. Onları bir qazanda suda bişiririk. Ayrı-ayrı qazanlarda da bişirmək olar. Sadəcə olaraq fikir verin ki, bişirdiyiniz suya bir qədər duz əlavə edin. Əgər suda bişirərkən duz əlavə etsəniz, onda salatı hazırlayarkən çox duz istifadə etməyinizə gərək qalmayacaq. Tərəvəzlərin bişmə zamanlarını da nəzərə almaq lazımdır. Kartof kök və çuğundurdan tez hazır olacaq, hardasa suyun qaynamağından 20-30 dəqiqə sonra. Kök üçün isə əlavə 30 dəqiqə də lazım olacaq. Çuğundur isə ondan 30 dəqiqə sonra tam bişir. Ona görə də qazana əlavə su da tökməli olacaqsınız.
Tərəvəzlər soyuyandan sonra onları təmizləyin.
Yumurtaları ayrı qabda bişirin. Yumurta su qaynadıqdan sonra 7 dəqiqə ərzində tam bişir. Onu təmizləyəndən sonra ağı ilə sarısını ayırın. Çünki ağını salata vuracayıq, sarısı ilə isə salatın üzərini bəzəyəcəyik.
Balığı ya bıçaqla kiçik hissələrə doğrayın, ya da əlinizlə didin.
Kartof və yerkökünü ayrı-ayrı qablarda sürtkəcdən keçirin.
Almanın da qabığını soyun və rəndənin sürtkəcin iri gözündən keçirin.
Çuğunduru isə sürtgəcin kiçik gözündən keçirin. Əgər çuğundurun şirəsi çox olsa onda onun şirəsini süzün.
Ən sonda isə yumurtanın ağını ayrı bir qabda rəndənin iri gözündən keçirin, amma sarısına dəyməyin.
İndi isə salatın yığılması prosesinə başlayaq.
Əvvəlcə balığın bir hissəsini boşqaba yayın.
Sonra onun üzərindən kartofu yayın və onun da üzərinə mayonez əlavə edin.
Sonra isə onun üzərinə sürtkəcdən keçirilmiş yerkökünün yarısını düzün. Yerkökünü bərabər olmaqla bütün boşqabın səthi boyunca düzün və üzərinə biraz duz səpin.
Onun da üzərindən sürtkəcdən keçirilmiş yumurta ağlarını düzün.
Beləcə tərəvəzləri yenidən qat-qat düzün. Hər tərəvəzdən iki qat olacaq, amma alma ilə yumurta ağları cəmi bir qatda olacaq. Qatların arasına az miqdarda duz və mayonez vurmağı unutmayın.
Çuğunduru isə ən sona saxlayın. Başqa bir qabda sürtkəcdən keçirilmiş çuğunduru 1-2 qaşıq mayonezlə qarışdırın.
Çuğunduru yaxşıca qarışdırdıqdan sonra onu salatın ən üst qatına qoyun.
Çuğunduru ehtiyatla salatın bütün səthi boyunca düzün. Bunun üçün bıçaqdan istifadə edə bilərsiniz.
Salat demək olar ki, hazırdır.
Ən sonda yumurtanın sarısını salatın üzərinə rəndələyin (bəzək kimi).
Nuş olsun!
(Tərcümə olunub)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar
WhatsApp-da Yenilik
Musiqilər zehnimizdə niyə təkrarlanır?
Hər kəs Eser Yenenlerin TOYundan danışır-FOTO
Qərb Rusiyanı vurdu, zərbə Türkiyəyə dəydi
Hamiləlik dövründə necə qidalanmalı?
Saç tökülməsi və yağlı saçlar üçün maska
Ramazanın 16-cı gününün duası
İnanclar
Yağışdan da elektrik alınacaq
Türk pizzası (foto resept)
Azərbaycanda koronavirusdan ölənlərin sayında yeni rekord
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Vitaminli xörəklər - 6
Dünya Kubokunun simvolik yığması
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Evdə çanta hazırlayaq
İrem Derici hər kəsi təəccübləndirdi
Kəsmikli piroq (video-resept)
Ölü qadının uşağı oldu
Payız fəslinə uyğun ayaqqabılar
Monqol mətbəxindən "Buuz" (foto resept)
Nar "xəstələnib"
Şəkil rəngləməyin inanılmaz faydaları
Metro fəaliyyətini bərpa edir - RƏSMİ
Türkiyə gözəli Burak Özçvitin tərəf müqabili olacaq-FOTO
2019 payız qarderobunuzda nə olmalıdır?
Ermənistan ordusu itki verdi
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Zövqlü mətbəx mebelləri
Culiya Roberts BOŞANIR
Sabah qar qayıdır
Aleyna bikinili FOTOsunu paylaşdı
Hazal Kayaya ad günü surprizi-FOTO
Hicablı xanımlar üçün geyimlər
Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Qadınlar və kişilər
Bu ölkədə 98 faiz xəstə koronadan dərmansız sağalır - Açıqlama
Saqqalını qırxdı davaya səbəb oldu-FOTO
Ordumuz şəhid verdi
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Mehmet Ali Erbil 63 gündən sonra komadan ayıldı-FOTO
Brüsseldə NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilir
Sabahın HAVAsı
Biz niyə bizi istəməyən insanlara asılıb qalırıq?
Günün ulduz falı
- ŞƏRHLƏR