Tərkibi:
600 qram qiymə
1 ədəd orta boy quru soğan
2-3 diş sarımsaq
yarım dəstə cəfəri
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
duz
cirə (istəyə görə)
istiot
Sous üçün:
1,5 y/q bibər pastası
1 su st su
Üstü üçün
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 kiçik soğanın yarısı
1 ədəd bibər
1 ədəd orta boy kartof
1 y/q kərə yağı
Hazırlanması:
Cəfəri, soğan və bibərləri xırda-xırda doğrayın. Sarımsağın əzin və ya sürtgəcdən keçirin.
Qiyməni doğradığınız ərzaqlarla və ədviyyatlarla yoğurun. Soba listinə xəfif yağlayın.
Hazırladığınız qiyməli qarışımı soba listinə əlinizlə basdıraraq bərabər qalınlıqda yayın.
Üstü üçün olan ərzaqları istədiyiniz böyüklükdə doğrayın və qiyməli qarışımın üstünə döşəyin.
Bibər pastasını su ilə qarışdırın və qarışımın üstünə tökün. Kərə yağını kiçik parçalar halında kababın üstünə qoyun.
Soba qapağını bağlayıb 190 dərəcədə 35 dəqiqə bişirin. Kababın üstünü açıb 15 dəqiqə üstü qızarana qədər bişirin və isti servis edin.