Tərkibi:
400 qram göbələk (1 paket)
1 su st pendir (sürtgəcdən keçirilmiş)
2 y/q kərə yağı
duz, istiot
Hazırlanması:
Sobanı 180 dərəcədə isidin. Göbələkləri yuyub, saplarını çıxarın.
Göbələkləri qaba düzün, duz və istiotla dadlandırın.
Kərə yağını göbələklər arasında bölüşdürn. Əvvəlcədən isidilmiş sobada 10-15 dəqiqə bişirin.
Göbələkləri sobada çıxarıb üstlərinə sürtgəcdən keçirilmiş pendir qoyun.
Pendirlər əriyib qızaran qədər sobada yenidən bişirin. İsti-isti servis edin.