Tərkibi:
təzə kartof
2 y/q kərə yağı
duz
istiot
su
şüyüd
Hazırlanması:
Təzə kartofları soyun və qaralmaması üçün su dolu qaba qoyun.
Tavanın yarısına qədər su doldurun, kərə yağını tavaya əlavə edinş
Kartofları da tavaya qoyduqdan sonra duz və istiot səpin
Su qaynayıb yarıya endikdə, kartofları çevirin.
Kartofların suyu bitməyə başlayanda tavanı tərpədərək dönmələrin təmin edin.
Tavada sadəcə yağ qalıb kartofların üstü qızaranda içinə şüyüdləri əlavə edin və qarışdırın.
İstəyə görə isti və ya ilıq olaraq servis edin.