Tərkibi:
1 ədəd dana bonfile (140 qram)
1-2 diş sarımsaq
1 y/q kərə yağı
2-3 sap təzə kəklikotu
qızartmaq üçün 1 su st zeytun yağı
Hazırlanması:
1 barmaq qalınlığında ətin hər iki üzünüz də duz və istiot səpərək dadlandırın.
Tavaya 1 su st zeytun yağı əlavə edin və duman çıxana qədər isidin.
Əti tavaya qoyub çevirə-çevirə 4 dəqiqə bişirin.
Qızaran əti qaba qoyub, zeytun yağını tavadan boşaldın. Əti yenidən isti tavaya qoyun.
Tavanın altını yandırmadan kərə yağını, kəklikotunu və sarımsaqları əlavə edin.
Tavanın altını yandırın iki üzünü də kərə yağı ilə ləzzətləndirin.
1-2 dəqiqə bişirdikdən sonra kəsmə taxtasına alın və dilimləyərək servis edin.