Qadin.NET / "Şinitzel" toyuq (video-resept)

"Şinitzel" toyuq (video-resept)

 

Tərkibi:

1 ədəd toyuğun döş əti (adam başı 1 ədəd)

1,5 su st galeta unu

1 su st un

3 ədəd yumurta

1-1,5 su st duru yağ

"Şinitzel" toyuq (video-resept)

Hazırlanması:

Toyuğun döş ətini bıçaqla açın. Doğrama taxtasına "strem film" sərin və toyuğun döş ətini üstünə yerləşdirin.

Üstünə yenidən strem keçirin, mətbəx çəkici ilə döyün.

Yumurtaları geniş qabın içində qırın. Kəklikotu, qırmızı istiot, duz və istiot əlavə edərək çırpın.

Döydüyünüz toyuğun döş ətini una sonra yumurtaya, sonda qaleta ununa batırın.

Xəfif döş ətinə vuraraq unun yapışmasını təmin edin.

Tavada duru yağı yaxşıca qızdırın. Toyuqları alt-üst  nar kimi qızarana qədər bişirin.

Limon dilimləri ilə servis edə bilərsiniz.

 

 

 

16 noyabr 2019
GO BACK