Tərkibi:
1 su st düyü
1 y/q kərə yağı
1 y/q zeytun yağı
1 qədər cəfəri
1 qədə şüyüd
1 su st konserv qarnitür
duz
1,5 su st isti su
xəmirin üstü üçün:
1 ədəd yumurta sarısı
1 paket qat-qat yağlı xəmir
Hazırlanması:
Plov qazanında 2 yemək qaşığı kərə yağını əridin. Suda gözləyən düyüləri yaxşı süzdükdən sonra qazana əlavə edin.
Qarışdıraraq 4-5 dəqiqə qovurun, duzunu və suyunu əlavə edib plovu orta dərəcədə bişirib qazın üstündən götürün.
Doğranmış cəfəri, şüyüd və süzdüyünüz qarnitürü əlavə edərək qarışdırın və qırağa qoyun.
Qat-qat yağlı xəmir yarı donumuş halda uzunlamasına 9 hissəyə bölün.
Şəkildəki kimi alt-üstü xəmirləri bir-birinə keçirin.
Orta boy sufle qabını yağlayın və hazırladığınız həsir formasında xəmiri kənarları qıraqda olmaqla içinə yerləşdirin.
Bir yemək qaşığı ilə plovu içinə qoyun, xəmirin qıraqlarını plovun üstündən bağlayın.
Yağladığınız soba listinə yerləşdirin.
190 dərəcə əvvəlcədən isitdiyiniz sobada altı bişib üstü qızarana qədər bişirin.
İsti-isti servis edin.