Qadin.NET / Bulqurlu bibər dolması (foto-resept)

Bulqurlu bibər dolması (foto-resept)

 

Tərkibi:

 

10-12 ədəd dolmalıq bibər

2 ədəd orta boy soğan

2 diş sarımsaq

3 ədəd pomidor (qabıqlarını soyun)

1,5 su st bulqur (plovluq)

1 çay st zeytun yağı

1 y/q tomat pastası

1 su st isti su

duz, istiot

dolmaların yarısına qədər su

Bulqurlu bibər dolması (foto-resept)

Hazırlanması:

Soğanı və sarımsaqları doğrayın. Pomidorları soyub qabıqlarınızı ayırın və içlərini yeməklik doğrayın. Bulquru yuyub süzün.

Zeytun yağını qazana əlavə edin. Soğanı və sarımsağa 1 miqdar duz əlavə edib qovurun. Tomat pastası əlavə edərək 1 dəqiqə qədər qovurun. Pomidorları əlavə edib əzilənə qədər qovurun. 

Süzdüyünüz bulquru qazana əlavə edib 2 dəqiqə qədər qovurun. Duzunu, bibərini və 1 su stəkan isti suyu əlavə edib qarışdırın, suyunu çəkənə qədər qazın üstündən götürün, soyumağa qoyun.

Bibəri yuyun, saplarını çıxarıb içlərini boşaldın. Bibərlərə hazırladığınız içliyi bibərlərin içinə doldurun.

Bibərləri qazana yerləşdirin (aralarında boşluq qalmasına diqqət edin). Bibərlərin yarısına qədər su əlavə edin. Qazanın qapağını bağlayıb aşağı dərəcədə bibərlər yumşalana qədər suyuna diqqət edərək bişirin.

İlıq və ya soyuq servis edin.

Bulqurlu bibər dolması (foto-resept)

 

1 noyabr 2019
GO BACK