Tərkibi:
1 ədəd orta boy közlənmiş soğan
1 ədəd orta boy közlənmiş pomidor
3-4 ədəd közlənmiş uzunsov bibər
3-4 ədəd yumurta
1 ç/q kərə yağı
duz
istiot
Hazırlanması:
Közlənmiş soğan, pomidor və bibərlərin qabıqlarını soyun. Bibərlərin çəyirdəklərini çıxarın və bütün ərzaqları doğrayın.
Kərə yağını tavaya qoyun, üstünə tərəvəzləri əlavə edərək aşağı dərəcəd 1 dəqiqə qovurun.
Qaşıqla yumurta sayısı qədər tərəvəzlərin arasında çuxurlar açın və yumurtaları o çuxurlara əlavə edin.
Bişirdiyiniz yumurtalara duz və istiot səpərək dadlandırın. Biraz cəfəri əlavə edərək servis edin.