Qadin.NET / İtalyan Omleti - Frittata (foto-resepti)

İtalyan Omleti - Frittata (foto-resepti)

 

Tərkibi:

 

4 ədəd yumurta

1 ədəd kiçik boy kartof

1 ədəd kiçik boy soğan

1 ədəd yaşıl bibər

10 ədəd göbələk

biraz cəfəri

duz

istiot

4-5 y/q duru yağ

İtalyan Omleti - Frittata (foto-resepti)

Hazırlanması:

Göbələkləri qaynadın və süzün. Qaynadılmış göbələkləri istədiyiniz böyüklükdə doğrayın. Sobanı 200 dərəcədə qızmağa qoyun. Soğanı, kartofu və bibəri doğrayın.

Tavaya duru yağ, kartofları, soğanı və duzu əlavə edib 1 dəqiqə qovurun. Kartofların üstünə bibərləri əlavə edib kartoflar xəfif yumşalana qədər qovurmağa davam edin.

Göbələkləri əlavə edib 1-2 dəqiqə qovurun.

İtalyan Omleti - Frittata (foto-resepti)

Yumurtalara duz, istiot və cəfəri əlavə edib çırpın. Yumurtaları bişən ərzaqların üstünə tökün və bərabər yayılmasına diqqət edin.

Tavanı sobadan çıxarıb qazın üstünə qoyun, 4-5 dəqiqə yumurtalar qabarana qədər bişirin. 

Dilimləyərək servis edin.

İtalyan Omleti - Frittata (foto-resepti)

17 oktyabr 2019
GO BACK